Bolqarıstan Türkiyə ilə qaz sazişi imzalayacaq
Bolqarıstanın “Bulgargaz” şirkəti çərşənbə axşamı Türkiyənin “Botaş” dövlət şirkəti ilə mayeləşdirilmiş qaz terminallarına və Türkiyənin qaz nəqli şəbəkəsinə çıxış haqqında müqavilə imzalayacaq. Bu barədə bazar ertəsi Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. “Çərşənbə axşamı hökumət binasında müqavilə imzalanacaq. Bunun sayəsində “Bulgargaz” Türkiyənin dövlət enerji şirkəti “Botaş”ın terminallarına və qaz nəqli şəbəkəsinə çıxış əldə edəcək. Müqavilə 13 il müddətinə bağlanacaq”, - məlumatda deyilir. Rəsmi mərasimdə Bolqarıstanın Texniki Hökumətinin energetika naziri Rosen Xristov, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez iştirak edəcək. Şəffaflıq.az
Facebook-da paylaş