Filippində daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb



Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 49 nəfər ölüb, 22 nəfər hələ də itkin düşmüş sayılır.

Risklərin Qarşısının Alınması və Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Şuranın bazar günü dərc olunmuş hesabatında qeyd edilir ki, daşqınlar respublikanın 10 rayonunda 553,9 mindən çox insana ziyan vurub.

Məlumata görə, hazırda 51,4 min məcburi köçkün 93 təxliyə məntəqəsində yerləşdirilib. Onlardan 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təbii fəlakət 4,5 min evə 54,8 milyon peso (985,8 min ABŞ dolları) məbləğində ziyan vurub. 95 infrastruktur obyektinə dəyən ziyan 1,13 milyard peso (20,4 milyon dollar), kənd təsərrüfatına 245 milyon peso (4,4 milyon dollar) dəyərində qiymətləndirilir. 138 yol və 14 körpü zədələnib, 19 dəniz limanının işi dayandırılıb. 63 şəhərdə elektrik enerjisi kəsilib, 62 şəhərdə isə artıq bərpa edilib.

22 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib. Hökumət yardım üçün 47,9 milyon peso (860,7 min ABŞ dolları) ayırıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}