Almaniyada Yeni il iğtişaşlarla başladı



Berlində Yeni il iğtişaşlarla yadda qalıb.

Məlumata görə, ilin ilk gecəsində fövqəladə hallar xidmətlərinə 38 hücumun edildiyi, bu zaman 15 əməkdaşın yaralandığı bildirililb.

22 nəfər fişəng atəşi nəticəsində xəsarət alıb. Onlardan biri xəstəxanadadır.

Həmçinin yanan avtomobili söndürərkən polis və yanğınsöndürənlər də xəsarətlər alıblar.

Kroyzberqdə zibil qutularından barrikadalar qurulub və sonradan onlar yandırılıb. Şöneberqdə küçə barrikadasında gənclər asayiş keşikçilərinə daş və dəmir parçaları ilə hücum ediblər.

Neukölndə estakadanın altında avtobus yandırılıb. Yanğınsöndürənlər yalnız polisin mühafizəsi altında alovu söndürə biliblər.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}