Tibb mütəxəssisləri koronavirusdan ölümün yeni səbəbini ortaya çıxarıblar
ABŞ-da tibb mütəxəssisləri koronavirusdan ölümün ilginc səbəbini ortaya çıxarıblar. ABŞ Milli Sağlamlıq İnstitutunun mütəxəssisləri COVID-19 səbəbindən ölənlərin meyitləri üzərində aparılan tədqiqatların nəticəsi olaraq virusun beyinə keçdiyini iddia edirlər. Tədqiqat orta yaşı 62,5 olan 44 nəfər üzərində həyata keçirilib. Meyitlərdən götürülmüş qan nümunələrini araşdıran tədqiqatçılar 38 nəfərin qan plazmasında SARS-CoV-2 virusunu aşkarlayıblar. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş