Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib


Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib.

Şəffaflıq.az xəbər verir ki, bu vəzifə tanınmış jurnalist Etibar Məmmədova həvalə olunub.

O, bundan sonra fəaliyyətini Vəkillər Kollegiyasının mətbuat katibi vəzifəsində davam etdirəcək.

Qeyd edək ki, E.Məmmədov uzun müddət media sahəsində çalışıb. Onun son iş yeri "e-huquq.az" saytı olub. Jurnalist həmin saytın baş redaktoru vəzifəsində işləyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}