Gömrük Komitəsinin daha bir generalı işdən çıxarılıb


Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Fazil oğlu Vahabov işdən çıxarılıb.

Şəffaflıq.az xəbər verir ki, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bununla bağlı əmr imzalayıb.

Komitədən "Report"a bildirilib ki, Mirqasım Vahabov təqaüdə göndərilib. Onun yerinə hələlik təyinatın olmadığı qeyd olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}