Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni sədr təyin edildi
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni sədr təyin edilib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, İsmayıl Kamil oğlu Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib. Eyni zamanda, Şəlalə Akif qızı Həsənova Bakı İnzibati Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədrinin müavini təyin olunub. Qeyd edək ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev olub. O, dekabrın 7-də vəfat edib.
Xəbəri paylaş
Facebook-da paylaş