"Barselona"nın kapitanı klubdan ayrılmaqla bağlı fikrindən daşınıb


İspaniya "Barselona"sının futbolçusu Serxio Buskets klubdan getmək fikrindən daşınıb.

Şəffaflıq.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, kapitan komandanın baş məşqçisi Xavi ilə söhbətdən sonra bu addımı atıb.

34 yaşlı yarımmüdafiəçi bundan sonra yeni müqavilə ilə bağlı düşünəcəyini bildirib.

Qeyd edək ii, 2005-ci ildən Kataloniya təmsilçisində çıxış edən Serxio Busketsin müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır. O, "Barselona" ilə 8 dəfə İspaniya La Liqasını qazanıb, 7 dəfə ölkə kubokunun qalibi olub. Həmçinin, 3 dəfə UEFA Çempionlar Liqasında və Superkubokunda, eyni zamanda, klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}