Prezidentin vəzifə verdiyi şəxs mərhum nazir müavininin qardaşı oğludur

Prezident İlham Əliyev sərəncamı ilə, Zaur İntiqam oğlu Fəti-zadə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinə sədri təyin edilib. 

Şəffaflıq.az xəbər verir ki, Zaur Fəti-zadə Vergilər Xidmətində Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 

O, bu vəzifədən əvvəl ləğv edilən Vergilər Nazirliyində nazirin müşaviri, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin, Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru vəzifələrini tutub.

Zaur Fəti-zadə vergi general rütbəsini daşıyır.

Qeyd edək ki, Zaur Fəti-zadə 14 aprel 2022-ci ildə vəfat  edən maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadənin qardaşı oğludur. 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}