Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin inkişafı ilə bağlı saziş imzaladılar
Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Şəffaflıq.az xəbər verir ki, Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iştirak ediblər.
Xəbəri paylaş
Facebook-da paylaş