Azərbaycanda 6 il əvvəl törədilən cinayətin üstü açıldı



Azərbaycanda 6 il əvvəl törədilən cinayətin üstü açılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2016-cı ilin mart ayında Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini F.Nağıyevə məxsus “Toyota” markalı avtomobilin yandırılması ilə bağlı polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Rəvan Süleymanov, əvvəllər məhkum olunmuşlar Orxan Novruzov və Bəhruz Abdullayev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az



Facebook-da paylaş


{sape_links}{sape_article}