Nyu-Yorkda cinayət materiallarının saxlanıldığı anbar tamamilə yanıb
Nyu-Yorkda polisin 20-30 il ərzində topladığı dəlil-sübut əşyaları idarənin anbarında baş verən güclü yanğın zamanı məhv olub. Məlumatı Nyu-York şəhər administrasiyası da təsdiq edib. Nyu-York şəhərinin yanğından mühafizə idarəsinin rəisi Con Hodjins bildirib ki, alovun qarşısını alan zaman üç yanğınsöndürən xəsarət alıb. Digər xəsarət alanlar arasında üç nəfər tibb işçisi və iki mülki şəxs də var. Hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil, araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş