"Qarabağ" futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün qış çempionu olub.


"Qarabağ" futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün qış çempionu olub.

Şəffaflıq.az-ın məlumatına görə, XVII turda "Azersun Arena"da "Qəbələ"yə 1:0 hesabı ilə qalib gələn "köhlən atlar" qış fasiləsinə 1-ci pillədə yollanmağı təmin edib.

Bu qələbədən sonra xallarını 47-yə çatdıran Ağdam təmsilçisi mövsümün ilk hissəsinin sonuna II tur qalmış ən yaxın izləyicisi "Sabah"ı 8 xal qabaqlayır. Liderdən 1 oyun az keçirən paytaxt təmsilçisi son turlarda qalib gəlsə belə, rəqibinə çata bilməyəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda ölkə çempionatlarını tarixində 8-ci dəfə yeni ili lider kimi qarşılayacaq. Səkkizqat ölkə çempionu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 və 2021/2022 mövsümlərində də ilk yarını zirvədə tamamlayıb.

Beləliklə, "Qarabağ" bu göstəricidə "Neftçi"yə çatıb. Bakılılar da 9 dəfə (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21) qış çempionu olublar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}