Rusiya MN-dən AÇIQLAMA: Qarabağdakı separatçıların ümidləri puç oldu
Rusiya Müdafiə Nazirliyinin 12.12.2022-ci il saat 19:00 tarixli bülletenində yer alan informasiya Qarabağdakı erməni separatçıları qəzəbləndirib. Belə ki, Rusiya MN-in Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlıların fəaliyyətinə dair gündəlik yayımladığı açıqlama separatçıların gözləntilərini doğrultmayıb. Ermənilər Şuşa-Xankəndi yolunda baş verən hadisələrə Rusiya MN-dən özlərinə sərf edən reaksiya gözləsələr də, sülhməramlı missiyanın fəaliyyətinə dair açıqlamada bununla bağlı heç bir xatırlatmaya yer verilməyib. Bu isə sosial şəbəkənin erməni seqmentində rezonans doğurub. Erməni istifadəçilər Rusiyanı onları “satmaq”da ittiham ediblər. Görünür, Azərbaycan vətəndaşlarının öz ölkələrinin ərazisində istənilən aksiyanı keçirməkdə tam sərbəst olması həqiqətini separatçılar öz riyakar xislətləri səbəbilə dərk edə bilməsələr də, Rusiya MN ən azından bu ali həqiqəti anlamaqda çətinlik çəkməyib. Ancaq Rusiya MN hətta erməniləri qəzəbləndirdiyi açıqlamasında belə Azərbaycan ərazilərinin adlarını təhrif etmək “vərdiş”indən əl çəkməyib. Şəffaflıq.az
Facebook-da paylaş