İran vətəndaşları Azərbaycana marixuana, psixotrop maddə keçirmək istədilər



Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. 

Onların üzərində olan bağlamaya baxış keçirilərkən beş kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan “Pregabiox” həbi, 100 ədəd “Actopentin” həbi, 60 qram kokain və bir ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

Şəffaflıq.az



Facebook-da paylaş


{sape_links}{sape_article}