Xameneinin bacısı qızı 15 il həbs cəzası aldı



İranın ali dini rəhbəri Ayətullah Xameneinin bacısı qızı Fəridə Muradxani xüsusi ruhani məhkəməsi tərəfindən mühakimə olunaraq 15 il müddətinə həbs cəzasına məhkum edilib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bunu Muradxaninin vəkili Məhəmməd Hüseyn Ağasi bildirib.

Onun sözlərinə görə, məhkəmə müvəkkilini ruhani olmamaqda ittiham edib.

Qeyd edək ki, İran İslam Respublikasının rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-də həbs edilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}