Göyçay kollecinin müəllimi: "Son vaxtlar cinayətlər ata və oğul arasında baş verir"

 Hər bir övladın valideyininə hörmət hissi ilə yanaşmağı onun mənəvi bir borcudur. Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllimi İlqar Yusifov bu dəfə məqaləsində valideyn-övlad münasibətlərinə toxunub.
 Şəffaflıq.az olaraq onun yazısını oxucularımıza olduğu kimi təqdim edirik.                                                                Əslində bu mövzuya müraciət etmək də məqsədim son vaxtlar ailə münaqişəsi zəminində  xoşagəlməz halların baş verməsidir.Təəsüf ki statiskaya nəzər saldıqda bu halların getdikcə artdığını və ailədaxili narazılıqların əksər hallarda cinayətə gətirib cıxardığının da şahidi oluruq. Belə hadisələr cəmiyyəti  narahat etsədə ,əksəriyyət çox zaman bunun ailədaxili məsələ olduğunu vurğulayır və baş verənləri sükutla qarşılayır. Azərbaycan xalqı üçün hər zaman Milli-mənəvi dəyərlərin qorunması xüsusi önəm daşıyıb. Bu dəyərlərin qorunmasında və normal cəmiyyətin formalaşmasında ailənin rolu danılmazdır.                Məhz bu səbəbdən ailənin sağlam və yüksək tərbiyə üzərində qurulması,  valideyin-övlad münasibətlərinin düzgün tənzimlənməsi böyük önəm daşıyır. Ailə üzvüləri arasında daim qarşılıqlı sevgi, yüksək səmimiyyət və hörmət olmalıdır.Valideyn övladına vaxt ayırmağı bacarmalı, hər yaş dövrünə uygun düzgün tərbiyə üsullarını seçməlidir.Əksəriyyət hallarda valideyn övladının yanlış arzularını yerinə yetirməklə onun ərköyün böyüməsinə səbəb olur.Və getdikcə özüdə hiss etmədən gələcəkdə yaşanacaq bir problemin təməlin qoyur. İ.Yusifov qeyd edib ki, maraqlısı budur ki, son vaxtlar münaqişələrin çoxu(hətta cinayətlər)ata və oğul arasında baş verir. Artıq xəbər başlıqlarında oğul atasını öldürdü məlumatlarına tez-tez rast gəlirik.                                                                                               
Maraqlıdır vaxtı ilə övladının əlindən tutaraq sevinclə onu məktəbə aparan və hər cür nəvaziş göstərən bir insanı necə oldu ki öldürməyə qərar verəsən. Ailə münaqişələlərinin çoxunun baş verməsində maddi vəziyyətin rol oynadığı görünsədə daxildə dərinləşən problemin kökündə münasibətlərin düzgün qurulmadığı üzə çıxır. Bu qədər doğma və əziz olan insanların münasibətlərinin birdən-birə düşmən həddinə çatması, oğulun ata qatili olması nə qədər təəcüblü qarşılansada bir o qədər düşündürücüdür.Bəs nə etməli?Biz kiçik yaşlarından onların yanlış hərəkətlərin sığortalamamalı, etdiyi səhvlərin vaxtında düzgün olmadığını başa salmalı, insanlara qarşı sevgi aşılamalıyıq.Məktəbdə müəllim və yaşıdları ilə davranışlarında onlara hörmətlə yanaşmalı olduğunu, uşaqlara islam dini dəyərlərində insanların bir-birinə mərhəmət qardaşlıq və mehribanlıq göstərilməsinin vacib şərtlərini izah etməliyik.Yeniyetmə vaxtlarında onların zərərli vərdişlərin təsiri altına düşməməsinə calışmalı,  oturub-durduğu həmyaşıdlarının kimliyinə nəzarət etməli,  gecə saatlarına qədər şəhərdə qalmasına imkan verilməməlidir. Bu dövrdə bacardıqca birgə gəzintiyə çıxmalı, yanlış hiss etdiyiniz hərəkətlərini üzə vurmadan bu mövzu ətrafında söhbətlər aparmalısınız. Ata-oğul münasibətlərindən başqa bir dost,  bir həmfikir  tərəflər formalaşmalıdır.Zəhmətlə halal qazanc əldə etməyin, haramdan uzaq olmağın, böyüklərə sayğı göstərməyin vacibliyi onlara izah edilməlidir.Bir ailənin idarəedilməsində, qarşıya çıxan problemlərin həllində bir olmalı ata oğluna örnək, oğul atasına layiqli davamçı kimi böyüməlidir.
Vaxtı ilə qarşılaşdığım,uzun müddət məni düşündürən və təsirindən çıxa bilmədiyim hadisələri sizinlə bölüşmək istəyirəm.Dostlarımdan birinin qız övladının xeyir işində iştirak edirdim,  qohumlarının ətrafında oynadığı zaman bəy  bura yaxınlaşan bir kişini görüb ordan nümayişkəranə sürətdə uzaqlaşdı.Kimliyini maraqlananda bu insanın bəyin atası olduğunu və oğlunun dostlarının avtomobil karvanında qəza vəziyyəti yaratmasından narahat olub onlara diqqətli olmağı deməsindən incik düşən övladın bu addımı atdıgın bildim.O vaxt  bu məqamda vaxtı ilə toyunda iştirak etdiyim aparıcının valideyinləri mərkəzə dəvət edərkən bəyin atasının dünyasın dəyişdiyini,  məclisdə böyük kimi əmisinin olduğunu elan edərkən hisslərinə hakim kəsilə bilməyib hönkürtü ilə ağlayan və bütün toy iştirakçılarını kövrəldən gənc gəldi gözümün önünə.Varlığına ərköyünlük göstərən və yoxluğunda onunla barışa bilməyən iki fərqli ogulların mənzərəsi.                                                       Tanrı Atalara ailəsini və övladını qoruya biləcək bir güc, bir qüdrət nəsib edir.Onların sevgisini qazanmaq, nəsihətini eşitmək, xeyir-duasını almaqla gələcəyinə işıq sala bilərsən.Hər bir oğul bir ailənin ümid yeri, bir nəslin davamçışı və gələcəyin atasıdır.Gələcəyimizi düzgün quraq vətənimizə layiqli övlad olaq!"                                                      
 Davud Tarverdiyev
Göyçay.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}