Yaponiyada vulkan püskürməsi baş verib
Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında Sakuradzima vulkanı püskürüb. Bu barədə Milli Meteorologiya İdarəsi məlumat verib. Qeyd olunub ki, kraterdən çıxan tüstü təxminən 3200 m hündürlüyə qalxıb, püskürmə nəticəsində yaranan kül isə 1 km radiusa səpələnib. Sakuradzimaya bitişik kəndlərdə hələki evakuasiya elan edilməyib. Vulkan ərazisində beş ballıq şkala üzrə üçüncü dərəcəli təhlükə səviyyəsi mövcuddur. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş