ETSN rəsmisi: "Dekabrın əvvəli daha çox tutqun keçəcək, fasilələrlə yağıntı olacaq"


“Bu il dekabr ayının əvvəli daha çox tutqun keçəcək, fasilələrlə yağıntı olacaq”.

Şəffaflıq.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, əsasən şimal və şərq rayonlarında yağıntıların daha intensiv olacağı gözlənilir: “Dekabr ayının 7-nə kimi hava soyuq olacaq. Paytaxtda bu müddət ərzində ən soyuq havanın ayın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperaturu biri-birinə yaxın - 3-6 dərəcə isti olacaq”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}