Stalinin Lənkəranda cəza çəkdiyi “Zindan qalası” təmir olunacaq



Lənkəran şəhərində yerləşən “Dairəvi qala” (“Zindan qalası”) abidəsi dövlət vəsaiti hesabına təmir olunacaq.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Azərbaycan” qəzetinə bildirib.

Xidmət rəisi vurğulayıb ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı və dövlət mühafizəsinə götürülən Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli “Dairəvi qala” (Zindan) (İnventar № 4810, XVIII əsr) abidəsində təmir-bərpa işlərinin görülməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə 2019-cu ildə layihə-smeta sənədləri hazırlanıb, o cümlədən ekspertiza rəyi və qiymətqoyma sənədi tamamlanıb:

“Hazırda “Dairəvi qala”nın dövlət əsaslı vəsait qoyuluşu hesabına bərpası ilə əlaqədar müvafiq tədbirlər görülməkdədir”.

Qeyd edək ki, “Dairəvi qala” “Zindan qalası” kimi də tanınır. Bu abidə XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. “Zindan qala” 1869-1959-cu illərdə həbsxana kimi istifadə olunub. Burada 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də cəza çəkib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}