Ukrayna Baş Qərargahı: “Rusiya gizli səfərbərliyə hazırlaşır”
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iddia edir ki, Rusiyada orduya yeni “gizli səfərbərlik” dalğası başlaya bilər. Bu barədə idarənin noyabrın 27-də qurumun hesabatında deyilir. Mövcud məlumata görə, Rusiya Federasiyasında və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində bu il dekabrın 10-dan etibarən Rusiya qüvvələrinin sıralarına gizli səfərbərliyin növbəti dalğasının keçirilməsi üçün hazırlıq tədbirləri davam etdirilir. Rəsmi olaraq Kreml bu cür planları rədd edir. Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilib. Oktyabrın sonunda səfərbərliyin başa çatdığı və müharibəyə çağırış planının yerinə yetirildiyi elan olunub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş