Azərbaycan Premyer Liqası:"Şamaaxı" - "Kəpəz"-i qəbul edəcək


Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XV tura start veriləcək.

Şəffaflıq.az-ın məlumatına görə, ilk oyun günün bir qarşılaşma baş tutacaq.

29 xalla üçüncü pillədə qərarlaşan "Neftçi" 10 xalla yeddinci sırada olan "Səbail"i qəbul edəcək.

Komandalar indiyədək ölkə çempionatlarında 20 dəfə üz-üzə gəliblər. Bunların 15-də "ağ-qaralar", 2-də "dənizçilər" meydanı üç xalla tərk edib. Topların nisbətində də meydan sahibləri üstündür - 43:11.

"Neftçi" Premyer Liqadakı son 9 görüşdə rəqibinə qalib gəlib. "Səbail" isə ardıcıl 13 matçda qələbə qazana bilməyib.

27 noyabr (bazar)

Azərbaycan Premyer Liqası, XV tur

16:00. “Neftçi” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
“Bakcell Arena”

Qeyd edək ki, XV turun "Şamaxı" - "Kəpəz" və "Qarabağ" - "Zirə" oyunları noyabrın 28-də, "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Qəbələ" görüşləri isə noyabrın 29-da olacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}