Prezident İlham Əliyev Azərbaycanda iki yeni medalın təsis olunmasını təsdiqləyib


Azərbaycan Prezidenti İlham Əliyev “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Şəffaflıq.az xəbər verir ki, qanuna əsasən, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” medalları təsis olunub.

Dövlət başçısı, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medal haqqında

 Əsasnamə”ni də təsdiq edib.

Eyni zamanda, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikası

medalının təsviri” təsdiqlənib.

Bundan başqa, “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında

Əsasnamə” təsdiqlənib.

Prezident “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası

medalının təsviri”ni də təsdiq edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}