Parlament gələn il üçün yaşayış minimumu layihəsini ikinci oxunuşda qəbul edib


Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib.

Şəffaflıq.az-ın xəbərinə görə, layihəyə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}