Ukraynaya Xəzər dənizindən onlarla raket atıldı
Noyabrın 23-də hava hücumundan müdafiə qüvvələri Ukraynanın kütləvi atəşə tutulması zamanı 70 raketdən 51-ni məhv edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Hərbçilərin məlumatına görə, işğalçılar 10 ədəd Tu-95ms təyyarəsi vasitəsilə Rostov vilayətinin Volqodonsk rayonundan və Xəzər dənizindən, həmçinin Qara dənizdən iki kiçik raket kateri vasitəsilə zərbələr endiriblər. “Ümumilikdə, təxminən 70 ədəd X-101/X-555 Kalibr qanadlı raketləri atılıb. 51 raket hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib”, - məlumatda bildirilib. Ukrayna hərbçiləri həmçinin beş ədəd “Lancet” zərbə PUA-sını zərərsizləşdiriblər. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş