MM-də “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı müzakirə olunur


Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı müzakirə olunur.

Şəffaflıq.az xəbər verir ki, iclasda həmin komitələrin sədrləri, siyasi partiyaların üzvləri iştirak edirlər.

Qeyd edək ki, Milli Məclis tərəfindən bu il iylun 26-da dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 50-ə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim edib.

Bununla yanaşı, parlamentdə yeni qanun layihəsi ilə bağlı dinləmələr də baş tutub. Dinləmələrdə səsləndirilən və təqdim olunan rəylər əsasında qanun layihəsinin yeni variantı hazırlanıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}