Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 38 əcnəbi aşkarlanıb
Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 38 əcnəbi aşkarlanıb. Bu barədə Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun barələrində müvafiq tədbirlər görülüb. Dövlət Miqrasiya Xidmətində oktyabr ayında, ümumilikdə, 1 184 müraciət qeydə alınıb ki, onlardan 569-u əcnəbiyə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib. Oktyabr ayında olduğu yer üzrə qeydiyyatla bağlı 615 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 194-ü elektron poçt üzərindən qəbul edilib. Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb. Şəffaflıq.az
Facebook-da paylaş