“Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinin icrasına başlanılıb



“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinin icrasına başlanılıb.

Birliyin Mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində təlimlər 18 noyabr tarixində Gəncə, 19 noyabr tarixində Mingəçevir, 20 noyabr tarixində isə Tovuz şəhərlərində keçirilib. “Gənclərlə iş”, “Layihələrin yazılması və idarə edilməsi”, “Sosial şəbəkələrdən düzgün istifadə” və “Gənclərlə işdə rəqəmsal bacarıqlar” mövzuları üzrə keçirilən təlimlərdə 100-ə yaxın gənc iştirak edib.

Həmçinin qeyd olunub ki, layihə müddətində təlimlər Qəbələ, Balakən, Mingəçevir, Neftçala rayonlarında və Naxçıvan MR-da olmaqla ümumilikdə 8 regionda keçiriləcək. Layihənin keçirilməsində əsas məqsəd isə gənclərin dövlət maraqlarının qorunmasında iştirakçılığını təmin etmək, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşmasına nail olmaq və region gənclərinin təşəbbüslərinin artımına dəstək verməklə dövlət gənclər siyasətinin inkişafına töhfələr verməkdir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}