"Qarabağ", "Sabah" və "Neftçi"nin legionerləri yoldaşlıq görüşlərində meydana çıxıblar


"Qarabağ" və "Neftçi"nin legionerləri yoldaşlıq görüşlərində milli komandalarının heyətində meydana çıxıblar.

Şəffaflıq.az-ın məlumatına görə, "köhlən atlar"ın monteneqrolu oyunçuları - Marko Veşoviç və Marko Yankoviç Slovakiya yığması ilə görüşün iştirakçısı olublar. Hər iki futbolçu 2:2 hesabı ilə yekunlaşan matça start heyətdə başlayıb. Veşoviç 58-ci, Yankoviç isə 70-ci dəqiqədə əvəzlənib.

"Neftçi"nin gürcüstanlı müdafiəçisi Solomon Kvirkveliya və onun "Sabah"da oynayan həmyerlisi David Volkov Mərakeşə 0:3 hesabı ilə uduzduqları görüşə start heyətdə başlayıb. Volkov 62-ci, Kvirkveliya 78-ci dəqiqədə əvəzlənib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}