Netanyahu Ərdoğana zəng etdi



İsraildə yeni hökuməti qurmaq tapşırığı alan “Likud” partiyasının lideri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İstanbulda baş verən terror aktına görə başsağlığı verib.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Məlumata görə, telefonla baş tutan danışıqlar zamanı Benyamin Netanyahu Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik səylərinin dünya üçün əhəmiyyətli olduğunu da bəyan edib.

Prezident Ərdoğan isə başsağlığına görə Benyamin Netanyahuya təşəkkür edib, həmçinin iki gün əvvəl İordan çayının qərb sahilində baş verən hadisədən kədərləndiklərini dilə gətirib. Türkiyə lideri, bundan başqa, İsraildəki seçki nəticələrinin ölkə və region üçün xeyirli olmasını arzulayıb.

Söhbət zamanı R.T.Ərdoğan hər iki tərəfin güclü iradəsi sayəsində Türkiyə-İsrail əlaqələrinin yeni bir dövrə qədəm qoyduğunu, münasibətləri qarşılıqlı maraqlar əsasında həssaslıqlara hörmətlə yanaşaraq davam etdirilməsinin və davamlı əsasda güclənməsinin ortaq mənafedə olduğunu bildirib.

Şəffaflıq.az



Facebook-da paylaş


{sape_links}{sape_article}