"Qarabağ" Ukrayna millisinin forvardı ilə maraqlanır
"Qarabağ" ötən yaydan etibarən Ukrayna millisinin və "Dinamo"nun (Kiyev) futbolçusu Artyom Besedinlə maraqlanır. Şəffaflıq.az offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə "Sport.ua" məlumat yayıb. 26 yaşlı hücumçunun qış transfer pəncərəsində Ağdam təmsilçisinə keçəcəyi gözlənilir. Mənbəyə görə, futbolçunu heyətinə qatmaq istəyən klublar arasında Türkiyənin "Kasımpaşa" və "Sivasspor" komandaları da var. Qeyd edək ki, Artyom Besedin 2014/15 mövsümündən çıxış etdiyi "Dinamo"da (Kiyev) ümümilikdə 149 oyuna çıxıb. O, bu müddətdə 35 qol və 10 qol ötürməsi verib. Forvard 2016-2021-ci illər ərzində isə 19 oyunda Ukrayna millisinin formasını geyinib və 2 qol vurub.
Xəbəri paylaş
Facebook-da paylaş