Polis Yevlaxda əməliyyat keçirib: Saxlanılanlar var



Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb ediliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının son günlərdə keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb.

Onlardan ümumilikdə 9 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr və 2 ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şəffaflıq.az



Facebook-da paylaş


{sape_links}{sape_article}