Zəfər Günündə İkinci Şəhidlər xiyabanına insan axını başlayıb
Zəfər Günündə İkinci Şəhidlər xiyabanına insan axını başlayıb. Şəffaflıq.az xəbər verir ki, Vətən müharibəsində qazanılmış böyük qələbədən iki il ötür. Xatırladaq ki, 2020-ci ildə 44 gün davam edən müharibədə 2 906 nəfər torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalıb. Qeyd edək ki, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilir.
Xəbəri paylaş
Facebook-da paylaş