Son sutkada 37 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 37 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 823 533 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 289 nəfər müalicə olunaraq sağalıb, hazırda 287 aktiv xəstə var. Bu günə qədər 9 957 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 825, bu günə qədər isə ümumilikdə 7 333 142 test icra olunub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş