Azay Quliyev:"QHT-lərin Azərbaycanın milli maraqlarının qorunması üçün birliyi vacibdir"
"QHT-lər Azərbaycanın milli maraqlarının qorunması üçün birliyi bundan sonra da davam etdirməlidirlər. Çünki bunun gücünü Vətən müharibəsi ərəfəsində müşahidə etdik". Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan qələbədən sonra ən həssas mərhələdən keçir, ölkəmizə qarşı həm diplomatik, həm də digər sahədəki hücumlar artır: “Ona görə də bu sahədə arxayınlaşmamaq lazımdır. Mütəmadi şəkildə QHT-lərlə bağlı qanunvericiliyin təkmiləşdirilməsi təklif olunur və hökumətimiz də nəzərə alır".“Report”
Facebook-da paylaş