Son sutkada Azərbaycanda 11 nəfər koronavirusa yoluxub


Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 823 258 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 986 nəfər müalicə olunaraq sağalıb, 9 944 nəfər vəfat edib. Aktiv xəstə sayı 328 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 020, bu günə qədər isə ümumilikdə 7 320 320 test icra olunub.

Ölkədə son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}