Seuldakı bayram faciəsində beş iranlı və dörd rusiyalı həlak olub



Seulda bayram şənliyindəki izdihamda azı 5 iranlı ölüb, daha biri yaralanıb.

Bu barədə bazar günü İslam Respublikasının Cənubi Koreyadakı səfirliyi məlumat yayıb.

Faciə Seulun gecə həyatının mərkəzlərindən biri kimi tanınan İtaevon bölgəsində baş verib. On minlərlə gənc pandemiyaya görə son üç ildə ilk dəfə qeyd olunan “Hellouin” bayramını qeyd etmək üçün əraziyə toplaşıb.

Yaranan sıxlıq nəticəsində, son məlumatlara görə, 153 nəfər, o cümlədən 4-ü rusiyalı qadın olmaqla 22 əcnəbi həlak olub və 82 nəfər yaralanıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}