"Messinin tarixin ən yaxşı oyunçusu olmaq üçün dünya çempionluğuna ehtiyacı yoxdur".
"Messinin tarixin ən yaxşı oyunçusu olmaq üçün dünya çempionluğuna ehtiyacı yoxdur". Şəffaflıq.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Səbail" klubunda çıxış edən argentinalı futbolçu Franko Mazurek deyib. Bu il Qətərdə keçiriləcək mundialda ölkəsinin milli komandasının şansları barədə danışan 29 yaşlı yarımmüdafiəçi dünya çempionatında qızıl medal qazanmağın çox çətin olduğunu bildirib: "Həmin turnirdə qalib olmaq üçün çox şey etməlisən. Ümid edirəm ki, bu il buna nail olacağıq". Mazurek Argentinanın titula namizədlərdən biri olduğunu söyləyib: "Lakin sonda kuboku qaldırmaq üçün şansın da olmalıdır. Düşünürəm ki, qrup mərhələsində ən çətin rəqib məhz Meksikadır. Onların güclü baş məşqçiləri də var". Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Argentina C qrupunda Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə mübarizə aparacaq.
Facebook-da paylaş