Venesuelada daşqınlarda ölənlərin sayı 25-ə çatıb


Venesuelanın Araqua ştatında baş verən güclü daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 25-ə yüksəlib, 52 nəfər isə itkin düşüb.

“Report” yerli VTV telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Remixio Sebalyos bildirib.

“Hazırda 25 nəfərin meyiti aşkarlanıb, ölənlərin ailələrinə başsağlığı veririk. Bundan başqa, 52 nəfər itkin düşüb”, - naziri vurğulayıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}