Rusiya Qara dənizə “Kalibr”lərlə təchiz olunmuş iki sualtı qayıq göndərdi



Rusiya ordusu gəmilər qrupuna iki sualtı qayıq əlavə edərək Qara dənizdə raketdaşıyıcı sualtı qayıqlarının sayını beşə çatdırıb.

Bu barədə Odessa Regional Hərbi Administrasiyası rəhbərinin mətbuat katibi Serqey Bratçuk məlumat verib.

“Düşmən qruplaşması 8 döyüş gəmisindən ibarətdir. Bu gəmilər Krım yarımadasının arxasında gizlənərək manevr edir. Düşmən 3 gəmi və 2 sualtı qayığı hazır vəziyyətdə saxlayır ki, onların da göyərtəsində 32 ədəd “Kalibr” qanadlı raketləri mövcuddur”, - deyə Bratçuk qeyd edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}