QHT SƏDRİNDƏN SƏRT REAKSİYA: Uşaqlarla işləyən mərkəzlərin işçiləri psixoloji testlərdən keçməlidir.–FOTO


Son bir neçə gündə sosial şəbəkələrdə uşaqlar üçün nəzərdə tutulan reabilitasiya mərkəzində sağlamlıq məhdudiyyətli uşağın döyülməsi ilə bağlı görüntülər yayılıb. Bu tip hallara daha öncələrdə də rast gəlinirdi. Hadisənin Neftçilər metro stansiyasının yaxınlığında yerləşən "Mehnur" loqopedik mərkəzində qeydə alındığı bildirilir.

Məsələ ilə bağlı Azərbaycanda uşaq və yeniyetmələrin sağlamlığının qorunmasında əvəzsiz rolu olan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov “Şəffaflıq.az”a açıqlama verib.

Sədr bildirib ki, uşaqlara qarşı zorakılıq halına yol verən hər bir kəssərt şəkildə cəzalandırılmalıdır. Bu tip halların gələcəkdə də, baş verməməsi üçün ölkədə fəaliyyətdə olan məktəblər, bağçalar, uşaq mərkəzləri və bir çox reablitasiya mərkəzlərininin əməkdaşları psixoloji testlərdən keçməlidirlər. 

İşə götürən tərəf bu testlərin keçirilməsində məhsuliyyətli və maraqlı olmalıdır. Psixoloji problemi olan insanların uşaqlarla ən vacibi sağlamlıq məhdudiyyətli uşaqlarla işləməsinə yol verilməməlidir. 

Assosiasiya sədri vətəndaş cəmiyyətinin nümayəndələrini bu tip halların qarşısının alınmasında təşəbbüs qrupları yaratmağa çağırıb. 

Sonda Assosiasiya sədri uşaqlara qarşı zorakılıq edənlərin öz cəzasını almaları üçün lazimi addımların atılmasının vacibliyini bildirib.

Vahid  İsmayılov.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}