"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib. Şəffaflıq.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" komandasını qəbul edib. Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0. 32-ci dəqiqədə Ruan Renato hesabı açıb. 48-ci dəqiqədə David Volkov fərqi iki topa çatdırıb. 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Renato dubl müəllifi olub. Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş








