Kasım-Jomart Tokayev: “Azərbaycan və Qazaxıstan arasında etimada əsaslanan siyasi dialoq qurulub”


"Azərbaycan və Qazaxıstan arasında etimada əsaslanan siyasi dialoq qurulub".

Şəffaflıq.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə mətbuata açıqlamasında deyib.

“Aramızda etimada əsaslanan siyasi dialoq qurulub, dövlətlərimiz beynəlxalq platformalar, ilk növbədə BMT, ATƏT, Türk Dövlətləri Təşkilatları çərçivəsində əməkdaşlıq edir.

Fürsətdən istifadə edərək, Qazaxıstanın təşəbbüsü ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin çağırılmasına verdiyiniz dəstəyə görə Sizə, İlham Heydər oğluna öz minnətdarlığımızı bildirmək istəyirəm. Bu il oktyabrın ortalarında ölkəmizin paytaxtında Müşavirənin sammiti keçiriləcək. Bu, son dərəcə vacib formatda şəxsən iştirak edəcəyinizi səbirsizliklə gözləyirik. Sizin bu forumda iştirakınız arzu etdiyimiz nəticənin əldə olunması baxımından müsbət təsirə malik olacaq”, - Qazaxıstan Prezidenti deyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}