Hərbi dənizçilərimiz beynəlxalq yarışda növbəti mərhələni uğurla başa vurublar



“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə təşkil olunan “Dəniz kuboku” müsabiqəsində iştirak edən komandalar “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində “Xilasetmə vasitələrinin istifadəsi” tapşırığını yerinə yetiriblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bu mərhələdə çalışmanın şərtlərinə uyğun olaraq hər komanda beş nəfərdən ibarət olmaqla xüsusi üzgüçülük geyimlərini geyinərək 25 metr məsafəni qət edib, xilasedici salı avarlar vasitəsilə təyin olunan nöqtəyə gətirib.

Hakimlər komissiyasının qərarı ilə Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, İran komandası ikinci, Qazaxıstan komandası isə bu mərhələni üçüncü yerdə başa vurub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}