Taylandda çətənə qanuniləşdirilir



Taylandda çətənənin leqallaşdırılması üçün mövcud qanunlara düzəlişlərlər yekunlaşdırılıb.

Yeni qanun layihəsi gələn həftə ikinci oxunuş üçün Nümayəndələr Palatasına təqdim olunacaq.

Bu barədə ölkənin səhiyyə naziri Anutin Çarnvirakul bildirib.

“Qanun layihəsində 103 bölmə var və düşünürəm ki, o, problemsiz keçəcək, çünki bu, bütün tərəflərin birgə işinin nəticəsidir”, - Anutin bildirib.

Qanun layihəsi narkotik maddənin dövriyyəsini tənzimləyəcək. Bundan əlavə, çətənə ilə bağlı məhsulların reklamına ciddi nəzarət ediləcək.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}