Tehranda məşhur həkim odlu silahla qətlə yetirilib



İranın Məhkəmə-Tibb Ekspertizasının keçmiş rəhbəri, 85 yaşlı Əli Məhfuzini orta yaşlı bir kişi qətlə yetirib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, hadisə bazar günü səhər saatlarında Tehranın Səadət Abad bölgəsində baş verib.

Cinayətkar üzünü maska və qara papaqla gizlədərək, altı metr məsafədən tapança ilə Məhfuziyə evinin önündə iki dəfə belindən atəş açıb.

Tehran Şəhər Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin rəisi, polkovnik Əli Vəlipur Qudərzi hadisənin təfərrüatı barədə deyib:

“Son illərdə biznes fəaliyyəti ilə məşğul olan 85 yaşlı doktor Əli Məhfuzi bu gün (21 avqust) evinin qarşısında güllələnərək dünyasını dəyişib”.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}