Şamaxı Mədəniyyət Mərkəzinin fəxri Dilşad Ağamalıyeva - 65 yaşın Mübarək!...



Ağamalıyeva Dilşad Vasif qızı 1957-ci ilin 15 avqust tarixində Şamaxı şəhərində anadan olub. 1964-cü ildə Şamaxı şəhər Camo Cəbrayılbəyli adına 5 saylı orta məktəbin 1-ci sinifinə getmiş, 1974-cü ildə isə həmin məktəbi bitirmişdir. 

O, ilk əmək fəaliyyətinə 1975-ci ildən başlamışdır. D.V.Ağamalıyeva 1981-ci ildə M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumuna daxil olmuş və 1984-cü ildə həmin məktəbi bitirməklə orta ixtisas təhsili almışdır. 

1985-ci ildən etibarən Mədəniyyət sahəsində “Döyüş Şöhrəti” muzeyində fəaliyyətə başlamışdır. Elə həmin ildən bu günə kimi muzey sahəsində peşəkar fəaliyyətini davam etdirmişdir.

2005-ci ildən bu günə qədər ictimai əsaslarla Mədəniyyət Mərkəzi və M.İ.H.İ təşkilatının sədri vəzifəsində çalışmışdır. 

Avqustun 15-i Dilşad xanımın doğum günüdür. Bu münasibətlə Dilşad xanımı M.İ.H.İ Şamaxı rayon komitəsinin sədri Sadıqova Əqidə xanımın adından, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi adından ürəkdən təbrik edirik və ona uzun ömür arzulayırıq. 


Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}