Azərbaycanda son sutkada 488 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirusa 488 yeni yoluxma qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb. Ölkədə indiyədək ümumilikdə 803 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 685 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 192 nəfərdir. Ölkədə son sutka ərzində 4 076, hazırkı dövrədək isə 7 084 846 test aparılıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş