Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu gün telefon danışığı olub. Şəffaflıq.az APA-ya istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin və Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 9 noyabr 2020-ci il tarixli, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının praktiki aspektlərini müzakirə ediblər. Liderlər müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılaşıblar.
Xəbəri paylaş
Facebook-da paylaş