Hindistanda avtomobildə qısaqapanma nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb
Hindistanın Qərbi Benqal əyalətində avtomobildə qısaqapanma baş verib. Elektrik cərəyanı vurması nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb. Bu barədə avqustun 1-də “Bhaskar” məlumat verib. Hadisə Kuç Behar şəhərində, Dharla körpüsündə baş verib. Müqəddəs Calpeşə gedən pikapda 27 nəfər olub. Generatorda qısaqapanma baş verib. Pikap sürücüsü dərhal özünü çölə ata bilib və bu yolla da xəsarət almaqdan xilas olub. 10 nəfər isə hadisə yerində ölüb. Xəsarət alan digərləri Calpaiquri xəstəxanasına yerləşdirilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Qeyd olunur ki, şəhərin hüquq-mühafizə orqanları qəzanın dəqiq səbəbini müəyyən etmək üçün avtomobilin sürücüsünü axtarırlar. Şəffaflıq.az
Facebook-da paylaş